Yoxlama matçı
 
Avropa Liqasına hazırlaşan "Kəpəz"  bu gün "Bakı" ilə yoxlama oyunu keçirib. 
 
Sportal.az xəbər verir ki, "Bakı"nın təlim-məşq bazasında keçirilən qarşılaşma Gəncə təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
 
"Kəpəz"in heyətində Tural Qürbətov het-trik edib. Digər qolları isə Şəhriyar Əliyev, Şəhriyar Rəhimov və Julyen Ebah vurub.