Nəbiyev "kimyaçılar"da
"Sumqayıt"ın "Qəbələ"nin gənc müdafiəçisi Yusif Nəbiyevi icarəyə götürdüyü haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, gənc futbolçu "kimyaçılar"ın heyətində yeni mövsümə hazırlaşır. 19 yaşlı müdafiəçi icarə əsasında 1 il "Sumqayıt"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Yusif Nəbiyevin "Sumqayıt"a keçidi haqda ilk dəfə Sportal.az saytı xəbər vermişdi. (http://sportal.az/?goal=news&id=73598 // http://sportal.az/?goal=news&id=72415)


