Yoxlama matçı
 
Türkiyədə təlim-məşq toplanışını davam etdirən Bakı "İnter"i növbəti yoxlama oyununa çıxacaq.
 
Sportal.az xəbər verir ki, "İnter"in rəqibi bu dəfə də Türkiyə klubu olacaq. "Bankirlər" "Elazığspor"u sınağa çəkəcək.
 
Oyun iyulun 22-i, Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.
 
Qeyd edək ki,  "İnter" ilk yoxlama görüşündə "Kasımpaşa"ya 2:1 hesabı ilə qalib gəlib.