Məlumat verdiyimiz kimi, Türkiyə toplanışını başa vuraraq Vətənə qayıdan İnter növbəti mövsümə hazırlıqlarını Bakıda davam etdirir.


Sportal.az xəbər verir ki, "İnter" Bakı Olimpiya Stadionunun yardımçı meydançasında I Divizion təmsilçisi "Qaradağ-Lökbatan"la  yoxlama matçı keçirib. Oyun 2:0 hesabıyla paytaxt klubunun xeyrinə başa çatdı.

 

"İnter"in heyətində Rauf Əliyev və Adrian Skarlatake fərqləniblər.