Zədə səbəbindən “Zirə” ilə oyunu buraxan Tural Nərimanov fərdi şəkildə məşqlərə başlayıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Şərurspor”a qarşı yoxlama oyununda sıradan çıxan müdafiəçinin sağ ayağının aşıq-topuq oynağı burxulub.

 

Nərimanovun durumu həkim nəzarətindədir. Onun “Sumqayıt” ilə çempionat matçında oynayıb-oynamayacağına həftə sonuna kimi aydınlıq gələcək.