UEFA-nın baş katibi AFFA prezidenti ilə görüşdü

17:09 - 8 İyun 2017

UEFA-nın baş katibi Teodor Teodoridis Bakıda bir günlük işgüzar səfərdədi.

 

Sportal.az xəbər verir ki, səfər çərçivəsində UEFA rəsmisi AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb. Vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə Avro-2020-nin Bakıda təşkil olunacaq oyunlarına hazırlıqla bağlı görülən işlər barədə məlumat verilib.

 

Həmçinin bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər xətti