"Lafferti yüksək keyfiyyətlərə sahib futbolçudur. Amma az oynamaq onun xeyrinə deyil".
Sportal.az xəbər verir ki, bu sözlər millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Şimali İrlandiya millisinin baş məşqçşisi Maykl O`Nilə məxsusdur.
Yerli mətbuata açıqlama verən mütəxəssis "Norviç"dən ayrılacağı gözlənilən Kayl Lafferti haqda danışıb. 47 yaşlı mütəxəssis Şimali İrlandiya yığmasının hücumçusunun gələcək klubunda uğurla çıxış edəcəyinə əminliyini dilə gətirib. O bildirib ki, 29 yaşlı forvard gedəcəyi komandada özünü xoşbəxt hiss edəcəyi halda ehtimadı doğruldacaq: "Kayl üz tutacağı klubda özünü xoşbəxt hiss etsə, hər şey yaxşı olacaq. Son 3 il Laffaerti üçün çətin olub. Düzdü, "Norviç"in heyətində bir neçə qol vursa da, bu, kifayət etmir. Onun karyerası "Birmingem” və "Rizespor”da da alınmadı. Mövümün ilk yarısında meyda çıxmırsınız və ikinci hissəsində icarəyə gedirsinizsə, bu, çox çətindir. Problemin əsasını bu amil təşkil edir. O, son iki mövsümdə ikinci dövrədə icarədə olub".
Britaniyalı baş məşqçisinin fikrincə, Lafferti onu qiymətləndirəcək kluba keçməlidir. O, iyunun 10-da 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri matçda 29 yaşlı hücumçunun xidmətindən yaralanmaq istəyir: "Lafferti onu həqiqətən istəyən komandaya keçsə, həmin klub üçün uğurlu transfer olacağından əminəm. O, hazırda arzuladığmız formada deyil. Lakin istərdik ki, Azərbaycanla oyunun hansısa bir hissəsində meydanda olsun”.
Qeyd edək ki, Şimali İrlandiya seçmə mərhələdəki növbəti oyununu sabah millimizə qarşı keçirəcək.
saytlarin hazirlanmasi
