Şimali İrlandiyalı azarkeşlərdən örnək addım FOTOLAR

12:12 - 10 İyun 2017

Şimali İrlandiya millisi bu gün Bakıda millimizin qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, Britaniya təmsilçisini DÇ-2018-in seçmə mərhələsinin oyununda 200-dən artıq azarkeş dəstəkləyəcək.
 
Artıq şimali irlandiyalı azarkeşlər paytaxtımıza təşrif buyurublar. Onlar dünən fiziki qüsurlu uşaq evində olublar və azyaşlı uşaqları forma və digər hədiyyələrlə sevindiriblər.
 
Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya oyunu bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Image may contain: shoes

Image may contain: 1 person, sitting, child and outdoor

 

Xəbər xətti