Besniya və Herseqovina – Yunanıstan matçında qalmaqal VİDEO

12:27 - 10 İyun 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan Besniya və Herseqovina – Yunanıstan (0 - 0) oyunundan sonra qalmaqal yaşanıb.

 

Sportal.az xəbər verir ki, meydan sahiblərinin üstünlüyü ilə keçən oyunda hesab açılmayıb. Oyundan dərhal sonra bir neçə azarkeş medana çıxaraq, qonaq komandanın futbolçularına hücum edib. Hücum nəticəsində Yunanıstan millisinin oyunda şans qazanmayan üzvü Yannis Yanniotasın dişi qırılıb.

 

Xatırladaq ki, bu komandalar arasında Yunanıstanda keçirilən oyun zamanı futbolçular arasında əlbəyaxa dava olmuşdu.

 

Xəbər xətti