Qazaxıstanlı futbolçu millimizdən danışdı

16:26 - 16 İyun 2017

Qazaxıstan milli komandasının sabiq futbolçusu Maksim Jalmaqambetov Azərbaycan yığmasından söz açıb. 

 

Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi milli komadamızın artıq yüksəlişdə olduğunu qeyd edib. O, öz yığmasına Azərbaycanı nümunə çəkib:

 

"Qazaxıstan artıq 15 ildir UEFA-dadır. Ancaq irəliyə doğru hansısa əhəmiyyətli addım elə də atmamamışıq. Göründüyü kimi, hamı artıq artırıb - Ermənistan, Azərbaycan...Hamı, bizdən başqa! Buna görə də ümid edirəm ki, biz də gec-tez olsa qələbə qazanmağa başlayacağıq".

 

Qeyd edək ki, Jalmaqambetov 2007-ci ildə AÇ-2008-in seçmə oyununda millimizlə matçda (1:1) qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuşdu.

Xəbər xətti