Millimiz Ermənistana qalib gəldi

17:56 - 16 İyun 2017

Kişilərdən ibarət həndbol üzrə milli komandamız Bolqarıstanda keçirilən “Challenge Trophy”də növbəti görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki, yığmamız 9-16-cı yerlər uğrunda ilk görüşündə Ermənistan millisi ilə qarşılaşıb. Həndbolçularımız rəqibini 39:21 hesabı ilə məğlub edib. 

 

Qeyd edək ki, qrup mərhələsində Andorranı məğlub edən (31:22) Azərbaycan millisi, Bolqarıstan (34:41) və Kiprə uduzduğundan medal qazanmaq şansını itirib.

Xəbər xətti