Avropa çempionatında yarımfinalçılar məlumdu

17:24 - 25 İyun 2017

Polşada 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan AÇ-2017-nin yarımfinalçıları müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, qrup mərhələsini uğurla adlayan İngiltərə, Almaniya, İtaliya və İspaniya yığmaları finala çıxmaq uğrunda mübarizə aparacaqlar.  Artıq yarımfinalda hansı komandaların üz-üzə gələcəyi də bəllidi. Belə ki, İngiltərə Almaniyaya, İtaliya isə İspaniyay rəqib olub.

 

Yarımfinal görüşləri iyunun 26-da baş tutacaq. Final görüşü isə ayın 30-da keçiriləcək.

Xəbər xətti