Messi uşaqlıq sevgilisi ilə evləndi FOTOLAR

12:45 - 1 İyul 2017

Argentina millisinin və "Barcelona"nın hücumçusu Lionel Messi doğma Rosario şəhərində Antonella Rokutso ilə ailə həyatı qurub.

 

Sportal.az xəbər verir ki, toya 260 qonaq, o cümlədən Pike, Puyol, İquayn, Neymar, Dani Alveş və Suares kimi futbol ulduzları dəvət olunub. Toya 157 yerli və xarici jurnalist akkreditə olunub.

 

Qonaqlara hədiyyə qismində uşaqlara yardım üçün yaradılmış Messi Fonduna ianə etmək təklif olunub.

 

Xəbər xətti