Gürcüstanın “Sioini” klubunun baş məşqçisi Vladimir Burduli açıqlama verib.
Sportal.az xəbər verir ki, mütəxəssis "Samtredia"nın ÇL-da rəqibi olan "Qarabağ" haqda danışıb: “Qarabağ” təcrübəli və güclü kollektivdir. Onlar daim Avropa Liqasının qrupunda oynayırlar. Cütün favoriti Ağdam təmsilçisidir və bunu etiraf etməliyik. Amma bu o demək deyil ki, "Samtredia"nın heç bir şansı yoxdur. İnanıram ki, “Samtredia”nın baş məşqçisi “Qarabağ”a problem yaradacaq bir taktika fikirləşəcək”.
Gənc çalışdırıcı “Qarabağ”ın bahalı legionerlərinin olduğu da deyib: “Təəssüflər olsun ki, Gürcüstan klubları legionerlərinə azərbaycanlılar qədər pul verə bilmir. Əgər bizim gənc istedadlı futbolçularımızın yanında təcrübəli legionerlər də olsaydı, o zaman yaxşı nəticələr əldə etmək mümkün olardı”.
Burduli 2010-cu ildə qısa müddətdə “Neftçi”nin üzvü olub.
saytlarin hazirlanmasi
