Bu gün Avropa Liqasının “İnter” – “Mladost” oyunundan əvvəl xoşagəlməz hadisə baş verib.
Sportal.az xəbər verir ki, oyundan əvvəl "İnter"in məşqçisi ilə müsahibə zamanı “CBC Sport”un xanım şərhçisi Səmra Əliyevə yüngül zədə alıb. Azərbaycanın ilk xanım şərhçisinə canlı yayım zamanı üzünə top dəyib.
Bununla belə, qüvvətli zərbədən Əliyeva özünü itirmərək əsl jurnalist peşəkarlığı nümayiş etdirib və söhbəti yarımçıq saxlamayıb.
Sonradan Səmra xanım "facebook" hesabında bunları qeyd edib: “Gözümdə bir az ağrı var. Ümumilikdə hər şey yaxşıdır”.
saytlarin hazirlanmasi
