"Qəbələ"nin rəqibi legionerini 1 milyon avroya satır

18:53 - 8 İyul 2017

"Qəbələ"nin Avropa Liqasının II təsnifat mərhələsində rəqibi olan Polşanın "Yagelloniya" klubunun ukraynalı futbolçusu Taras Romançukla yollarını ayırır.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Onun xidmətində "Sivasspor" klubu maraqlıdır.

 

Super Liqa klubu ukraynalıya görə 1 milyon avro ödəməyə hazırdır. İddialara görə, danışıqların ilk mərhələsi müsbət yekunlaşıb.

 

Qeyd edək ki, Romançuk son mövsüm Polşa çempionatında 33 oyun keçirib və 5 qol vruub. 

Xəbər xətti