"Azfar Group" idman jurnalistlərini unutmadı FOTOLAR

12:05 - 23 İyul 2017

İdman jurnalistləri arasında Azərbaycan Milli Mətbuatının yaranmasının 142-ci ildönümündə həsr olunan mini-futbol matçı keçirilib. 
 
Sportal.az
 xəbər verir ki, "Azfar Group" şirkətinin təşkilatçılığı ilə "İnter Arena"da yerləşən "Azfar" meydançasında baş tutan oyunda idman mətbuatının tanınmış simaları iştirak edib. Televiziya, sayt və qəzet əməkdaşlarından təşkil olunan komandalardan biri digərinə 11:6 hesabı ilə qalib gəlib.

 

Matçın bitimində təşkilatçı şirkət tərəfindən jurnalistlərə ziyafət verilib. "Azfar Group" iştirakçılara hədiyyələr də təqdim edib.

 

 

Xəbər xətti