“Qəbələ”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” müdafiəçisi Niklas Huntla yeni müqavilə bağlayıb.
Sportal.az xəbər verir ki, Afina təmsilçisi 27 yaşlı futbolçuyla bu il başa çatacaq müqavilənin müddətini daha bir il uzadıb.
Müqaviləyə gələn yay anlaşmanın 2020-ci ilə qədər artırılması bəndi də salınıb. İsveç millisinin üzvü ötən ildən "Panatinaikos"un şərəfini qoruyur.
Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasında ilk oyun iyulun 27-də Afinada keçiriləcək.
saytlarin hazirlanmasi
