Türkiyə millisinin sabiq üzvü həbs olundu

19:11 - 28 İyul 2017

Türkiyənin “Fənərbaxça” klubunun sabiq futbolçusu Bekir İrtegün həbs edilib.

 

Sportal.az yerli mətbuata istinadla xəbər verir ki, 33 yaşlı müdafiəçi Fətullahçı Terror Təşkilatının (FETÖ) “ByLock” kömpüter proqramından istifadə etməkdə şübhəli bilinir.

 

Qeyd edək ki, Türkiyə yığmasının heyətində 10 oyun keçirən Bekir İrtegün 2009-2015-ci illərdə “Fənərbaxça”da çıxış edib. Onun son iş yeri bir neçə gün əvvəl yollarını ayırdığı “Başakşəhər” klubu olub.

Xəbər xətti