UEFA-dan klublara xəbərdarlıq: "Heç kimə güzəşt olunmayacaq"

13:41 - 29 İyul 2017

UEFA maliyyə fair-pleyi ilə bağlı yeniliklər edəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə fair-pley komissiyasının direktoru Andrea Traverso məlumat verib. O, şərtləri daha da sərtləşdirmək niyyətində olduqlarını bildirib:

 

“Daim klublarla danışıqlar aparırıq. Onlar da transfer bazarının detallarını yaxşı bilir. Maliyyə fair-pleyi şərtləri isə sərtləşdiriləcək. Heç kimə güzəşt olunmayacaq. Klublar transfer bazarında azad olacaq. Amma onların fəaliyyəti qaydalar çərçivəsindən kənara çıxmamalıdır”.

Xəbər xətti