"Şapekoense" faciəsində sağ qalan futbolçu 239 günlük həsrətə son qoydu

19:00 - 29 İyul 2017

Ötən ilin noyabr ayında "Şapekonse"nin təyyarə qəzasında yaralı olaraq xilas olan Alan Ruşel yaşıl meydanlara qayıdıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu “Şapekoense”nin Braziliya C seriyası təmsilçisi “İpirenga” ilə yoxlama oyununun 50-ci dəqiqəsində meydana daxil olub. Bununla da, Ruşel 239 gündən sonra yaşıl meydana qayıdıb.

 

Xatırladaq ki, “Şapekoense” komandasını daşıyan təyyarənin qəzaya uğraması nəticəsində 71 nəfər həlak olmuşdu.

Xəbər xətti