"Qarabağ"ın rəqibi lider oldu

00:55 - 30 İyul 2017

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Şerif” bu gün Moldova çempionatında növbəti oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Tiraspol təmsilçisi səfərdə “Petrokub”la qarşılaşıb. Sona yaxın 2 dəfə fərqlənməyi bacaran "Şerif" meydandan 3 xalla ayrılıb.

 

“Petrokub” - “Şerif” 1:2

Qollar: Dima, 76 - Muqaso, 71, Damaskan, 82

 

Qeyd edək ki, bu qələbə sayəsində “Şerif” 4 turdan sonra xallarının sayını 8-ə çatdırmaqla çempionatın lideri olub.

Xəbər xətti