Londonda yüngül atletika üzrə dünya çempionatı keçirilir.
Sportal.az xəbər verir ki, 100 metr məsafədə dünya şöhrətli Useyn Bolt qaçış cığırına çıxıb. Onun 100 metr məsafəyə sonuncu qaçışı uğurlu alınmayıb. Bolt 9,95 saniyə ilə 3-cü yeri tutub. Ulduz idmançı 28 final yarışmasından sonra ilk dəfə qızıl medala həsrət qalıb.
Qızıl medalı isə amerikalı Castin Qatlin qazanıb - 9,92 saniyə.
Useyn Bolt karyerasında sonuncu dəfə 4x100 metr məsafəyə estafet yarışlarında qüvvəsini sınayacaq.
saytlarin hazirlanmasi
