Danimarka Super Liqasında IV turun mərkəzi oyunu olan "Brondbü" - "Kobenhagen" matçında dava düşüb.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olam qonaq komandanın fanatları ilə polislər və hakim-inspektor arasında qarşıdurma yaşanıb. Bu, 90-cı dəqiqədə meydan sahiblərinin hesabı açmasından sonra yaşanıb. Həmin vaxt inspektorun başına zərbə endirilib. Meydana girən "Kobenhagen" azarkeşləri çətinliklə tribunaya qaytarılıb.
Hadisə ilə bağlı 4 nəfər həbs olunub. 20 dəqiqəlik fasilədən sonra matç davam etdirilib bə nəticə dəyişməyib - 1:0.
"Kobenhagen" bəyanat yayaraq, azarkeşlərinin hərəkətini biabırçılıq adlandırıb.
saytlarin hazirlanmasi
