Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının 7-ci günü Ramil Quliyev üçün uğurlu alındı. Türkiyəni təmsil edən azərbaycanlı atlet 200 metr məsafədə yarışda hamını qabaqladı.
Sportal.az xəbər verir ki, Quliyevin bu uğuruna Türkiyə milli komandasının kapitanı, “Barselona”nın futbolçusu Arda Turan biganə qalmayıb. Sosial şəbəkədə Ramil Quliyevin Azərbaycan və Türkiyə bayrağı ilə olan fotosunu paylaşan Arda “yaşasın Azərbaycan və Türkiyə” qardaşlığı yazıb.
Qeyd edək ki, Arda Turan vaxtilə “Atletiko”nun futbolçusu kimi Azərbaycana səfər edib.

