"Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Kopenhagen”in futbolçusu Erik Yohansson əməliyyat olunub.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi çarpaz bağları qırıldığı üçün bıçaq altına yatıb. Onun əməliyyatının uğurlu keçdiyi bildirilib. Yohanssonun 6-9 ay ərzində sıraya dönəcəyi gözlənilir.
Qeyd edək ki, Erik Yohansson ötən ildən “Kopenhagen”in şərifini qoruyur.
