Avropanın ən yaxşı futbolçusu müəyyənləşdi

21:54 - 24 Avqust 2017

Avropada ən yaxşı futbolçunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Monakoda keçirilən Çempionlar Liqasının püşkatma mərasimində ötən mövsümün ən yaxşı futbolçusunun adı da elan edilib. Jurnalistlər arasında keçirilən sorğuya əsasən Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo bütün rəqiblərini qabaqlayıb. 

 

Portuqaliyalı futbolçu “Barselona”nın hücumçusu Lionel Messi və “Yuventus”un kapitanı Canluici Buffonu qabaqlayaraq Avropada 2016/17 mövsümünün ən yaxşı futbolçusu seçilib.

 

Qeyd edək ki, Ronaldo karyerasında 3-cü dəfə bu mükafatı qazanır

 

Xəbər xətti