2 ildən sonra yenə Dabanoviç

19:17 - 28 Avqust 2017

DÇ-2018-in seçmə mərhələsində millimizin San Marino ilə ev matçını idarə edəcək  Nikola Dabanoviç  karyerası ərzində 2-ci dəfədi ki, təmsilçimizin oyununa təyinat alır.

 

Sportal.az xəbər verir ki, monteneqrolu fit sahibi 2015-ci ildə 19 yaşlılardan ibarət yığmamızın fransalı həmyaşıdları ilə elit raunddakı görüşünü idarə edib.

 

Rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada 35 yaşlı ədalət təmsilçisi rəqibin 2, millimizin futbolçusuna sarı vərəqə göstərmişdi.

 

Qeyd edək ki, Azərbaycan – San Marino matçı sentyabrın 4-də 8-ci km qəsəbə stadionudna keçiriləcək.

Xəbər xətti