Güclü yağış Xorvatiyanın oyununun yarımçıq qalmasına səbəb oldu

00:17 - 3 Sentyabr 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən bir qarşılaşma təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, İ qrupunun Xorvatiya - Kosovo görüşü güclü yağış səbəbindən yarımçıq dayandırılıb. İsveçli hakim Stefan Yohannesson 24-cü dəqiqədə hesab 0:0 olarkən oyunun dayandırılması ilə bağlı qərar verib.

 

FİFA matçın sabah davam edəcəyi barədə qərar qəbul edib.

Xəbər xətti