Aqolli qol vurdu, Albaniya qalib gəldi VİDEO

00:29 - 3 Sentyabr 2017

"Qarabağ"ın futbolçusu Ansi Aqollinin şərəfini qoruduğu Albaniya DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, albanlar doğma meydanda Lixtenşteynlə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin ikinci qolunu Aqolli vurub. 34 yaşlı müdafiəçi 78-ci dəqiqədə fərqlənib.

 

Albaniya - Lixtenşteyn - 2:0
Qollar:
Roşi, 54, Aqolli, 78

 

Qeyd edək ki, A.Aqolli start heyətdə yer alıb və sonadək oynayıb.

Xəbər xətti