UEFA-dan Ömər Paşayevə təyinat

17:51 - 4 Sentyabr 2017

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Ömər Paşayev UEFA-dan yeni təyinat alıb. 

 

Sportal.az xəbər verir ki, FİFA referisi 21 yaşadək futbolçular arasında Avropa çempionatında keçiriləcək İsveç - Kipr qarşılaşmasını idarə edəcək.

 

Ona yan xətt hakimləri Namiq Hüseynovla Mübariz Haşımov kömək edəcəklər. Rauf Cabbarov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, sentyabrın 5-də İsveçin Falkenberq şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Xəbər xətti