"Hər şey pis oldu. Şimali İrlandiyaya uduzmaqla şansımızı itirdik".
Sportal.az xəbər verir ki, bu sözləri Çexiya millisinin baş məşqçisi Karel Yarolim deyib. O bildirib ki, qrupda vəziyyətin bu cür alınmasına səbəb Şimali İrlandiya və Azərbaycanla oyunlarda xal itirməridir:
"Evdə Şimali İrlandiya ilə oyunda xal itirmişdik. Bu ilk turda baş verdi. Sonra Azərbaycanla matçda güclü oynasaq da, 1 xal əldə etdik. Halbuki həmin matç bizim üçün 3 xallıq qarşılaşma idi. İndi geriyə baxıb danışmaq düzgün deyil. Amma şansımız getdi".
Qeyd edək ki, Çexiya millisi 8 turdan sonra topladığı 9 xalla C qrupunda 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi
