Avopa Klublar Assosiasiyasının (ECA) yeni prezidenti seçilib.
Sportal.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində təşkil olunan Ümumi Yığıncaqda İtalia A Seriasında mübarizə aparan “Yuventus” klubunun rəhbəri Aqnelli assosiasiyanın prezidentlik postuna gətirlib.
Assosiasiyanın prezidentliyini qurumun yarandığı 2008-ci ildən bəri Karl-Haynz Rummeniqqe həyata keçirirdi.
61 yaşlı alman futbol adamı keçən ay prezidentliyə namizədliyini verməyəcəyi ilə bağlı açıqlama vermişdi.
Qeyd edək ki, ECA-nın 53 federasiyadan 220 üzvü var.
Əlavə edək, assosiasiyanın AFFA-dan 3 üzvü var. Bunlar “Qarabağ”, “Neftçi” və “Qəbələ” klublarıdı.
saytlarin hazirlanmasi
