Ronaldonun meneceri ifadə verəcək

19:12 - 6 Sentyabr 2017

İspaniya La Liqasında mübarizə aparan “Real”ın (Madrid) şərəfini qoruyan Kriştiano Ronaldonun vergi qaçırdığı ilə bağlı başladılan istintaq davam edir.


Sportal.az xəbər verir ki, məsələ ilə bağlı ulduz futbolçunun meneceri Jorje Mendeş və iki maliyyə məsləhətçisi prokurorluq tərəfindən oktyabrın 19-da keçiriləcək məhkəmədə  şahid kimi ifadə verməyə çağırılıblar.


Qeyd edək ki, Ronaldonun reklam gəlirlərindən 2011 və 2014-cü illər arasında 14 milyon 768 min 897 avro məbləğində vergi qaçırdığı iddia olunur. Hücumçu iyul ayının 31-də verdiyi ifadədə heç bir iddianı qəbul etməmişdi.

Xəbər xətti