Konoplyanka: “Qalatasaray”, “İnter”, “Latsio” və “Stok Siti” kimi klublardan təklif gəldi, lakin..."

20:08 - 6 Sentyabr 2017

Almaniya Bundesliqasında mübarizə aparan “Şalke”nin futbolçusu Yevgen Konoplyanka Ukrayna milli komandasının düşərgəsində olarkən ölkəsinin mətbuat nümayəndələrinə maraqlı açıqlamalar verib.


Sportal.az xəbər verir ki, yayda bir çox klubla adı hallanan oyunçu “Şalke”də qalmağının səbəbini açıqlayıb:

 

“Qalatasaray”, “İnter”, “Latsio” və “Stok Siti” kimi klublardan təklif gəldi. Əgər baş məşqçimiz dəyişməsəydi, komandadan ayrılacaqdım. Əvvəlki baş məşqçimiz Markus Vayntsirlin planlarına daxil deyildim. Məni heyətdə görmək istəmirdi. Lakin Domeniko Tedesko baş məşqçilik postuna gətiriləndən sonra işlərim qaydasına düşdü”. 


Qeyd edək ki, təcrübəli vinqer 2016-2017 mövsümündə “Şalke”yə transfer olmuşdu.

Xəbər xətti