İranda qadınların stadiona daxil olması üçün mübarizə davam edir

23:55 - 7 Sentyabr 2017

Qonşu ölkə İran İslam Respublikasında qadınların idman müsabiqələrini stadiondan izləməsi qadağandır.


Sportal.az xəbər verir ki, sözügedən qadağa ilə bağlı İranda bir qrup qadın millət vəkili ölkənin Gənclər və İdman naziri Məsut Sultaniferə müraciət  ediblər.


Millət vəkilləri nazirə qadınların da idman müsabiqələrini stadiondan izləməsi üçün uyğun olan şəraitin qurulması ilə bağlı indiyənə qədər hansı işlərin görüldüyü barəsində suallar ünvanlanıb.


Həmçinin, millət vəkilləri iranlı qadınlara tətbiq olunan qadağanın rəqib ölkələrin komandalarının qadın azarkeşlərinə tətbiq olunmamasını da vurğulayıblar.


Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində paytaxt Tehranda keçirilən İran-Suriya matçında suriyalı qadınların stadiona daxil olmasına baxmayaraq,  iranlı qadınların daxil ola bilməməsi yenidən ölkədə müzakirələrə səbəb olub.

Xəbər xətti