Ukraynaın “Şaxtyor” klubunun kapitanı Dariyo Srna Çempionlar Liqasının ilk turunda “Napoli”ylə matçdan sonra keçdiyi dopinq testinin cavabı müsbət çıxıb.
Sportal.az xəbər verir ki, xorvat futbolçu klubun rəsmi saytından verdiyi açıqlamada bu fikirləri səsləndirib:
“Əsla istəyərək dopinq qəbul etməmişəm. Heç vaxt belə bir şey etmərəm. Araşdırmalar davam edir. Vəziyyətim dəqiqləşənə qədər meydanlarda olmayacam”.
35 yaşlı müdafiəçi karyerasını sonlandırmadığını, sadəcə fasilə verdiyini deyib: “Bu o demək deyil ki, karyeramı bitirdim. Buna söz verə bilərəm. Karyeramdakı bütün uğurları çox çalışaraq, dürüst şəkildə qazanmışam”.
Ukrayna təmsilçisi isə verdiyi açıqlamada Srnaya güvəndiklərini və sonuna qədər qərarlarını dəstəklədiklərini bildiriblər.
