Futbol üzrə Kipr çempionatında 5-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanında “Doxa Katokopiya”nı qəbul edib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.
Bu nəticədən sonra 13 xalı olan Famaqusta təmsilçisi hazırda turnir cədvəlində liderdi.
saytlarin hazirlanmasi
