İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” Antuan Qrizmanı transfer etməkdə israrlıdı.
Sportal.az xəbər verir ki, “qırmızı şeytanlar” fransalı ulduz futbolçu üçün 100 milyon avro ödəməyə hazırdı.
Bu yay “Atletiko”nu (Madrid) transfer qadağası səbəbilə tərk etməyən 26 yaşlı hücumçunun “Mançester Yunayted”ə keçməyə müsbət yanaşdığı bildirilir. Dieqo Kostanın Madrid təmsilçisinə keçməsinin işləri az da olsa asanlaşdıracağı bildirilir.
Xatırladaq ki, Qrizman keçən mövsüm “Atletiko” forması ilə 53 oyuna 26 qol vurmuş və 12 məhsuldar ötürmə etmişdi. Bu mövsüm 5 oyuna 2 qol vuran futbolçunun paytaxt klubu ilə 2022-ci ilə qədər müqaviləsi var.
saytlarin hazirlanmasi
