"Neftçi" ilə "Qəbələ" yoldaşlıq oyunu keçirəcək

15:22 - 30 Sentyabr 2017

Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilə zamanı “Neftçi” ilə “Qəbələ” arasında yoxlama görüşü keçiriləcək.


Sportal.az xəbər verir ki, qarşılaşma İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq.


Qeyd edək ki, “Neftçi” – “Qəbələ” matçı oktyabrın 7-də saat 16:00-da start götürəcək.

 

Xəbər xətti