Azərbaycan ağır atletləri beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılıb.
Sportal.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsi tərəfindən qəbul qəbul olunub.
Azərbaycanla yanaşı Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna idmançıları da 1 illik cəzaya məruz qalıb.
2008 və 2012-ci illər yay olimpiya oyunları zamanı götürülən dopinq nümunələrinin təkrar yoxlanılması nəticəsində bu ölkələrin yığmaları üç və daha artıq müsbət nəticə veriblər.
Adıçəkilən ölkələr 28 Noyabr - 5 Dekabr tarixlərində Amerikada keçiriləcək dünya çempionatında iştirak etməkdən məhrum olublar.
saytlarin hazirlanmasi
