Rauf oynadı, komandası məğlubiyyətdən qaça bilmədi

21:30 - 2 Oktyabr 2017

Albaniya Super Liqasında 4-cü tura yekun vurulub.


Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Rauf Əliyevin şərəfini qoruduğu “Kukesi” evdə “Skenderbeu” klubunu qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.


Rauf qarşılaşmaya start heyətində çıxıb və əvəzlənmədən meydanda olub.


4 turdan sonra hesabında 7 xal olan “Kukesi” 2-3-cü pillələri bölüşür. Lider “Skenderbeu” isə 10 xala malikdi.

Xəbər xətti