Bakıda daha bir beynəlxalq turnir keçiriləcək

00:50 - 4 Oktyabr 2017

Oktyabr ayının 11-dən 14-dək Su İdmanı Sarayında çimərlik voleybolu üzrə beynəlxalq turnir keçiriləcək.


Sportal.az xəbər verir ki, mükafat fondu 4000 avro olan yarışda kişilər arasında Azərbaycan, Avstriya, Çexiya, Danimarka, Finlandiya, Fransa, Yunanıstan, İtaliya, Latviya, Hollandiya, Rusiya, Sloveniya, İsveç, Türkiyə və Ukrayna, qadınların mübarizəsində isə Azərbaycan, Avstriya, Belçika, Belarus, Cənubi Kipr, Çexiya, Danimarka, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Hollandiya, Rusiya, Şotlandiya, Sloveniya və İsveç təmsilçiləri mübarizə aparacaqlar. 


Ölkəmizi bu turnirdə Ruslan Əliyev – Vüsal Qurbanov, Vadim Kutukov – Pərviz Səmədov, Fidan Ağaməmmədova – Dünya Vəliyeva, İlhamə Əliyeva – İrina Abbaszadə və Nazilə Səlimova – Viktoriya Ağakişiyevadan ibarət cütlüklər təmsil edəcək.

 

Xəbər xətti