Karel Yarolim: "Azərbaycan millisinin müdafiə xətti güclüdü" MÜSAHİBƏ

18:55 - 4 Oktyabr 2017

“Komandamı sabahkı oyuna yaxşı hazırlaşdırmışam”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.
 
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində çexiyalılar növbəti oyunlarını sabah Azərbaycan millisinə qarşı keçirəcəklər.
 
Bakıda baş tutacaq matçdan öncə mətbuat konfransı keçirən Yarolim bunları deyib: “Son 2 matçda maksimum xal qazanmaq istəyirik. Azərbaycan yığması haqda da maksimum məlumatlıyıq. Bilirik ki, rəqib kifayət qədər yaxşı oynayır. Azərbaycan millisinin müdafiə xətti güclüdü. Sabah onlar da qələbə qazanmaq üçün maksimum güc sərf edəcəklər. Rəqibin kombinasiyalı hücumlarının olduğundan da xəbərdarıq. Gücümüzü əsasən ikinci hissəyə yönəltmək fikrindəyik. Oyunun nəticəsinin necə olacağını indidən deyə bilmərik. Bizim üçün vacib matçdı”.
 
- Bu cür qrupda cəmi 9 xal yığmaq Çexiya yığması üçün faciəvi nəticə deyilmi?
- Biz də istərdik ki, daha çox xal toplayaq. Amma nə etmək olar, belə alındı. İndi əsas məsələ odu ki, son 2 oyundan maksimum nəticə ilə ayrılaq. Azərbaycan və San Marino ilə görüşlərdə yaxşı oyun göstərməyə çalışacağıq.
 
- Müdafiə xəttində kimlərin yer alacağını açıqlaya bilərsiniz?
- Bu barədə məlumat vermək istəmirəm. Çünki hər an dəyişiklik ola bilər. İndi düşündüyüm heyət var. Amma sabah dəyişiklik baş verə bilər. Bu gün məşqimiz olacaq. Odu ki, hər şey mümkündü. (Apasport.az)

Xəbər xətti