“Sportinq”in futbolçusu özünə ciddi xəsarət yetirdi

23:02 - 4 Oktyabr 2017

Çempionlar Liqasının 2-ci turunda “Barselona”yla oyunda zədələnən “Sportinq”in (Lissabon) futbolçusu Seydu Dumbiyanın son durumuna aydınlıq gəlib.


Sportal.az xəbər verir ki, Kot-Divuardan olan oyunçu 2 ay yaşıl meydanlardan kənarda qalacaq.


Xatırladaq ki, matçın 40-cı dəqiqəsində cərimə meydançasında özünü yerə ataraq penalti qazanmaq istəyərkən zədələnən və 4 dəqiqə sonra əvəzlənən hücumçu hakimi aldatmağa cəhd etdiyinə görə sarı vərəqə ilə cəzalandırılmışdı.

Xəbər xətti