Norverç Futbol Federasiyası tarixi bir qərar verib.
Sportal.az xəbər verir ki, Norveç kişi milli komandasının istəyi üzərinə artıq 2018-ci ildən başlayaraq kişi və qadın milli komandalarına eyni miqdarda ödəniş ediləcək.
Məsələ ilə bağlı danışan ulduz futbolçu Stefan Yohansen: “Qadın komandamızın bizdən heç bir əskiyi yoxdur. Buna görə də, etdiyimiz şeyin doğru olduğunu düşünürəm. Ödənişlərin miqdarları arasında çox böyük fərq var idi. Qadın komandamız da ən az bizim qədər önəmlidi”.
Norveç Futbolçular Birliyinin prezidenti Yoaxim Volltin də bunun çox gözəl bir qərar olduğunu deyib: “Qadın komandası üçün çox sevindirici bir xəbərdi. Norveç bu cəhətdən qabaqcıl bir ölkə olacaq.
Əlavə edək ki, Norveç kişi milli komandası Azərbaycan yığması ilə DÇ-2018-in seçmə mərhələsində eyni qrupda mübarizə aparır.
saytlarin hazirlanmasi
