"Barselona"nın sabiq futbolçusu xoruz döyüşdürdüyü üçün həbs olundu

19:37 - 10 Oktyabr 2017

Bir zamanlar "Barselona"da çıxış etmiş Fabio Roçembak həbs olunub.

 

Sportal.az xəbər verir ki, sabiq futbolçu ölkəsi Braziliyada gözaltına alınıb. Onun xoruz döyüşlərinə görə həb olunduğu bildirilir. Roçembak xoruz döyüşdürdüyü üçün həbs olunub.

 

Braziliya polisi ölkənin cənubunda yerləşən Rio Qrande do Sul əyalətində keçirdiyi əməliyyat zamanı 30 min avro dəyərində 89 döyüş xoruzunu müsadirə edib. 

 

Qeyd edək ki, karyerası ərzində"Barselona", Lissabon "Sportinq"i, "Midlzbro" kimi klublarda çıxış etmiş sabiq yarımmüdafiəçi 7 dəfə Braziliya millisinin formasını da geyinib.

Xəbər xətti