AFFA-da Departament rəisi dəyişdirildi

00:39 - 31 Oktyabr 2017

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərliyində dəyişiklik edilib.

 

Sportal.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, departamentin rəisi Mikayıl Nərimanoğlu müxtəlif komitələrdə koordinator vəzifəsinə təyin olunub. Həmin komitələrin adları yaxın günlərdə açıqlanacaq. Əvəzində vakant post müvəqqəti olaraq, Firuz Abdullaya həvalə edilib.

 

Daha əvvəl Mikayıl Nərimanoğlu "Kəpəz"in Müşahidə Şurası üzvlüyündən geri çağırılıb.

Xəbər xətti