İcraiyyə Komitəsinin gündəliyi açıqlandı

16:29 - 2 Noyabr 2017

AFFA-nın İcraiyyə Komitəsinin iclasının sabah keçiriləcək iclasının gündəliyi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq yığıncaq saat 9:30-da başlayacaq. Komitə üzvləri öncə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədləri müzakirə edəcək. Ardınca AVRO-2020-nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yolun təqdimatı olacaq.

İclasın sonunda komitə üzvləri digər məsələlər ətrafında müzakirə aparacaq. Yığıncaq  başa çatdıqdan sonra mətbuat nümayəndələri üçün brifinq keçiriləcək.

Xəbər xətti