FİFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb.

 

Sportal.az xəbər verir ki, ədalət təmsilçisi bu dəfə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununu idarə edəcək.

 

O, 7-ci qrupda keçiriləcək Avstriya – Serbiya matçında fit çalacaq. Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

 

Qeyd edək ki, sözügedən matç noyabrın 10-da keçiriləcək.